MiQ-23

MiQ-23
Tipi Qırıcı
Qırıcı-bombardmançı
İstehsalçı SSRİ MiQ
Baş konstruktor Anatoli Andreyev
İlk uçuş 10 iyun 1967[1]
İstismara verilmə tarixi 1969
Status Məhdud sayda istismar olunur
İstismarçılar Sovet Hərbi Hava Qüvvələri
Suriya Hərbi Hava Qüvvələri
İstehsal ili 1967–1985
Buraxılış sayı 5047 ədəd bütün variantlar
769 ədəd MiQ-23UB[2]
Variantları MiQ-27
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

MiQ-23 (rus. МиГ-23; NATO kod adı: Flogger) Mikoyan adına konstruktor bürosunda, Qureviç tərəfindən çıxarılan dəyişən qanad quruluşuna sahib Sovet döyüş təyyarəsi. İlk prototip uçuşu 1967-ci ildə olmuşdur. 1968-ci ildə Domodedovo Aviasiya Sərgisində Avropa ölkələrinin böyük marağına səbəb olmuşdur. Təyyarə MiQ-23S kimi 1968-ci ildə seriyalı istehsala başlamışdır. Qısa və qeyri-standart yollarda havaya qalxma xüsusiyyətinə malikdir. Ayrıca MiQ-23PD kodlu bir VTOL dikinə qalxıb-enə bilən bir modeli də mövcuddur. Rusiya Hərbi Hava Qüvvələrində 1998-ci ildən etibarən silahlanmadan çıxarılsa da, bir sıra ölkələrdə istifadə edilir. İyirmi bir ölkədə on beş ayrı modeli istifadə edilmişdir. Bir motorlu və bir yerli təyyarədir. Ayrıca, MİQ-23S və MİQ-23U modelləri iki yerlidir.

  1. "Изменяемая геометрия". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-23.
  2. "Военный паритет. Самолёты ОКБ имени А.И.МИКОЯНА. Часть 2 (МиГ-21 и МиГ-23)". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-23.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search